BAKU Azərbaycan
16.03 °C

Baş nazir: “Britaniyanın minatəmizləmə üzrə ekspertləri azərbaycanlı həmkarları ilə birgə çalışırlar”

“Ölkənizin 2020-ci ildə geri qaytardığa Qərb ayalətlərinin inkişafı haqlı olaraq xalqınız üçün əsas məqsəddir. Bu əyalətlərin mədəni mübadilə, yaşıl texnologiya və innovasiya mərkəzləri kimi inkişaf etməsi üçün imkanlar var”.

Gazette.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

“Lakin münaqişədən sonra belə bu, istiqamətdə maneələr hələ də qalır. Minalar və digər döyüş sursatları bu əyalətləri yararsız hala salıb. Mən çox şadam ki, Britaniyanın minatəmizləmə üzrə ekspertləri və şirkətləri bu təhlükəni aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə birgə çalışırlar. Azərbaycanın yeni minaların qoyulmaması öhdəliyini götürməsi və Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasını imzalaması banşıq və sakinlərin həmin torpaqlara uğurla köçürülməsi istiqamətində böyük addım olardı və həmçinin regional liderliyini göstərərdi”, - hökumət başçısı vurğulayıb.