BAKU Azərbaycan
19.03 °C

Rəşad Nəbiyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə ilə dostluq və qardaşlıq nümunəsidir”

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilk ölkə Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəsidir”.

Gazette.az xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının rəsmi açılış mərasimində rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Bu festivaln iki ölkənin birlikdə keçirməsi dünyaya mesajdır. "TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə fəxr edir. Çünki məhz Ali Baş Komandanın rəhbərliyi ilə gənclərimiz 30 ilə qədər işğalda olan torpaqlarımızı azad edib. Bu zəfərdə bütün nəsillərin rolu var. “TEKNOFEST” 6 ay ərzində bizə birgə işləməyi və məhsulları bölüşməyi təşviq edib, insanların texnologiyaya marağını artırıb”, - nazir qeyd edib.