Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib
23.05.2022 / 15:35
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyat keçirib.
Gazette.az “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının Mahmud-Kərkük-Süleymaniyyə üzrə qondarma səlahiyyətli nümayəndəsi “Ahmet Rubar” kod adlı Mehmet Erdoğan məhv edilib.
Terror təşkilatı 2021-ci ildən onu adı çəkilən ərazi üzrə “nümayəndə” təyin edibmiş. Mehmet Erdoğan Hacı Mirzə Ali adına hazırlanan saxta sənədlə gəzirmiş.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay