Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirib
23.05.2022 / 12:32
Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib.
Gazette.az xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib.
General-polkovnik həmçinin "Bayraktar TB2" və "Akıncı" pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay