Şoyqu Putinə Mariupolun nəzarətə alındığı barədə məruzə edib
Müdafiə və təhlükəsizlik
20.05.2022 / 23:55
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və "Azovstal" zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.
Gazette.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub.
“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, - Konaşenkov deyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay