BAKU Azərbaycan
15.03 °C

Hulusi Akar qazaxıstanlı həmkarı ilə görüşüb

Qazaxıstanın müdafiə naziri general-leytenant Ruslan Jaksılıkov Türkiyədə səfərdədir.

Gazetta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Onlar, həmçinin hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, general-leytenant R.Jaksılıkov Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Türkiyəyə səfəri çərçivəsində həmkarı ilə görüşüb.