BAKU Azərbaycan
24.03 °C

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir – VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

GAZETTEMüdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif senarilər üzrə məşq etdirilir.

Senarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.