BAKU Azərbaycan
13.03 °C

“TurAz Şahini – 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir

“TurAz Şahini – 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyənin Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.