BAKU Azərbaycan
17.03 °C

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub – Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-dan Basarkeçər rayonunun Zərkənd  yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.