BAKU Azərbaycan
19.03 °C

“Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən GAZETTE-yə bildirilib ki, püşkatmanın nəticəsinə əsasən yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə təmsil olunur.