BAKU Azərbaycan
18.03 °C

NATO-nun Baş katibi Azərbaycana təşəkkür edib

NATO-nun Baş katibi Yens Stoltenberq Əfqanıstanda Kabil hava limanının təhlükəsizliyinin təmin olunmasında mühüm rola görə Azərbaycana təşəkkürünü bildirib.

GAZETTE xəbər verir ki, Baş katib bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.

“Hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə başda Türkiyə, ABŞ və Böyük Britaniya olmaqla, NATO müttəfiqlərinin silahlı qüvvələrinə və tərəfdaşımız olan Azərbaycana təşəkkür edirəm”, – deyə Yens Stoltenberq nitqində qeyd edib.