BAKU Azərbaycan
13.03 °C

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gazette.az-a verilən məlumata görə, Zakir Həsənov “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.