BAKU Azərbaycan
14.03 °C

Kəlbəcərdə iki hər qulluqçumuz həlak olub – MN

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gazette.az-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.