BAKU Azərbaycan
14.03 °C

Təlim zamanı hərbi qulluqçumuz həlak olub – Müdafiə Nazirliyi

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Azərbaycan Müdafiə Nazirliyindən Gazette.az-a verilən məlumata görə, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.