BAKU Azərbaycan
15.03 °C

Türkiyədə 107 meşə yanğını nəzarət altına alınıb

Türkiyədə iyulun 28-dən avqustun 1-nə kimi baş verən 112 meşə yanğınından 107-si nəzarətə götürülüb.

Gazette.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “Twitter” mikrobluqunda bildirib.

O qeyd edib ki, davam edən beş yanğının nəzarətə götürülməsi istiqamətində fasiləsiz çalışmalar davam edir.