BAKU Azərbaycan
15.03 °C

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub – Müdafiə Nazirliyi

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Gazette.az-a daxil olan məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.