Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Explore Azerbaijan with IDEA” layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən “Azərbaycan təbiətinin izi ilə” adlı sərginin açılış mərasimində iştirak edib.

Gazette.az xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan “Explore Azerbaijan with IDEA” layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.

“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.

Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR