Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirilib

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində Yeni il ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyində uşaqlar böyük sevinc yaşayıblar. Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.

Tədbir Kəlbəcərdə bərpa və yenidənqurma prosesləri fonunda sakinlər üçün unudulmaz bayram ab-havası yaradaraq, sakinlərin sosial həyatına xüsusi rəng qatıb.

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR