Musiqi Akademiyasında elmi konfrans keçirilib

2025-ci il Azərbaycanda dahi bəstəkar və Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlamətdardır.

4–5 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 140-illik yubileyinə həsr olunmuş festival çərçivəsində “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda 4-cü Beynəlxalq elmi- praktiki konfransı baş tutmuşdur.

 

Yüksək səviyyədə təşkil olunan bu konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilmişdir.

 

Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Qazaxıstan, Tacikistan və Özbəkistandan bir çox tanınmış alimlər iştirak etmişlər. Konfransın qarışıq formatda keçirilməsi müxtəlif ölkələrdən 50-dən çox iştirakçını birləşdirməyə imkan yaradıb. Məruzələr dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilmişdir. 

 

Geniş konfrans proqramı müasir musiqi elminin bir çox problemlərini özündə əks etdirən əsas tematik istiqamətlərdən ibarət idi: Üzeyir Hacıbəyli - 140: Azərbaycan musiqi mədəniyyəti tarixində bəstəkarın  rolu; Müslüm Magomayev-140: bəstəkar, dirijor, ictimai xadim; Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu:  tarixi retrospektiv və müasirlik; Etnomusiqişünaslıq müasir mərhələdə; Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri; Müasir musiqi təhsili: problemlər və perspektivlər; İfaçılığın aktual problemləri; Musiqidə informasiya texnologiyaları. Konfransın moderatorları – Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova idi.

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR