
“Vətən deyib döyüşdük, Zəfərlə geri döndük!”
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Zəfər Gününə həsr olunmuş “Vətən deyib döyüşdük, Zəfərlə geri döndük!” adlı təntənəli tədbir keçirildi.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə təşkil olunan bu tədbir Zəfər salnaməmizin yazıldığı şanlı tarixi təbliğ etmək məqsədilə hazırlanıb.
Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildi. Bütün iştirakçılar Vətən uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimdə muzeyin elmi katibi Şəhla Məmmədova və muzeyin əməkdaşı Türkan Əliyeva bizi Zəfərə doğru aparan 44 günlük Vətən Müharibəsi, eləcə də geri alınan ərazilərin hazırkı inkişafı haqqında danışdılar və çıxışlarını videoçarxlarla müşayiət etdilər.
Tədbirin rəsmi hissəsində qazilər Hüseyn Məmmədov və Nahid Ağayev rəşadətli ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən söz açıblar.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinanın rəhbərliyi altında BMA-nın tələbələri Rauf Məmmədzadə, Məryəm Babayeva, Hidayət Sadıqbəyli, eləcə də Nigar Süleymanova və Cəlal Səmədov Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusuna həsr olunmuş vokal və instrumental əsərlərini ifa etdilər. Tədbir BMA-nın tələbələri Atilla Məmmədli və Ərtoğrul Balayevin ifasında əfsanəvi “Azərbaycan” mahnısının ifası ilə başa çatdı.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





