Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşada musiqi axşamı keçirilib

Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşa şəhərində möhtəşəm musiqi axşamı keçirildi
 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 sentyabr tarixində Şuşa şəhərində  keçirilən konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdi. 
 
Orkestrin dirijoru Xalq artisti, professor Ramiz Məlik-Aslanov, bədii rəhbəri isə Xalq artisti, professor Fərhad Bədəlbəylidir. 
 
Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri:
“Koroğlu” operasından Uvertura,
“Arşın mal alan” operettasından Gülçöhrənin və Əsgərin dueti (ifa edirlər:Şöhrət İsmayılov və Elen İmamyarlı), 
“Arşın mal alan” operettasından Gülçöhrənin naləsi (ifa edir: Elen İmamyarlı),
“Arşın mal alan” operettasından Gülçöhrənin ariyası “Aşiq oldum” (ifa edir:Aysun Mahmudzadə);
dünya musiqi xəzinəsinin incilərindən Feliks Mendelsonun Simfoniya N.4 “İtalyan simfoniyası” səsləndirildi. 
Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Şuşada keçirilən bu tədbir həm mədəni, həm də simvolik baxımdan çox önəmli hadisədir. Şuşada belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin səslənməsinə işarədir.
 
Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır. 
 
Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşdü və bildirdi ki, doğma Şuşada olmağın, bu şəhərdə belə  konsertlərin keçirilməsi böyük qürur hissi doğurur.
 
Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatı Polad Bülbüloğlu,  rəsmilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR