Mədəniyyət naziri: \"Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb\"

"İşğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir".

Gazette.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.

Nazir bu prosesə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. A.Kərimov qeyd edib ki, Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir.

Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir söyləyib ki, Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur.

Digər tədbirlər haqqında da məlumat verən A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə ifadə edib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR