Tbilisidə Novruz bayramı qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Gazette Az xəbər verir ki, mərasimdə Tbilisi Şəhər Şurasının rəhbərliyi və üzvləri, şəhər meriyasının nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemeladze çıxış edərək ənənəvi Novruz şənliyində iştirakından böyük fəxr hissi keçirdiyini bildirib: “Tbilisi tolerantlığın ən yaxşı nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Hazırda çox çətin dövr yaşanır. Ukrayna xalqına sülh arzulayırıq”.

Onun sözlərinə görə, son illər ərzində dünya pandemiya və müharibə kimi bir sıra ciddi problemlərlə üzləşib: “Lakin dəyişməyən şeylər var ki, bunlar da bizim dostluğumuz və sevgimizdir. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva gürcülər və azərbaycanlılar arasında münasibətlərin dərinləşməsinə böyük töhfələr verir. Bu əməyinə görə ona böyük minnətdarlığımızı bildiririk”.

Daha sonra çıxış edən Azərbaycan səfirliyinin I katibi Anar Rəsulov soydaşlarımızı səfir Faiq Quliyevin adından Novruz bayramı münasibətilə təbrik edib. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən, min illərdən bəri əziz bayramı sevə-sevə yaşatdığını bildirib. Diplomat Gürcüstanın bölgələrində də bayrama həsr olunacaq şənliklərin keçiriləcəyini vurğulayaraq, bunun Gürcüstanın qədim multikultural ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıdığını deyib. A.Rəsulov Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr olunan tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Mərkəzin direktoru Leyla Əliyeva da çıxış edərək Gürcüstanın rəsmi şəxsləri ilə birgə Novruz bayramını qeyd etməkdən böyük məmnunluq ifadə edib: “Tbilisi sakrebulosu və meriyasına minnətdarlığımı bildirirəm. Sizin dəstəyiniz bizim üçün önəmlidir və biz bunu hər zaman hiss edirik. Novruz bayramı bahar, sevgi bayramıdır və təbiətin oyanışını təcəssüm etdirir. Bahar bayramını qeyd edən Türk dünyası ölkələrinə də təbriklərimizi çatdırırıq”.

Bayram tədbiri rəqs nömrələri və mahnılarla davam etdirilib. Qonaqlar Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR