SON DƏQİQƏ:  Əli Vəkil vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.

Bu barədə AYB-dən məlumat verilib.

Bildirilib ki, 84 yaşlı şair bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Orada Şişqaya kənd orta məktəbini bitirib. İrəvanda Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb.

Onun ilk şeirləri “Sovet Ermənistanı”, “Ədəbi Ermənistan” almanaxında çap olunub. İlk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görüb. “Sona bulağı” kitabı şairin oxucularla ilk görüşü olur. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “ İki günəş” (1971), “Doğma Yollar” (1979), “ Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR