Əlbir olub 200 min rüşvət alıblar - Vəzifəli şəxslərin məhkəməsi başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin xidmətdən daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.   

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin Xidmətin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Əhmədov Eldəniz Yunis oğlu, baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin idarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədov Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdar rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

SON XƏBƏRLƏR

Bu ay 11 gün iş olmayacaq

Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?

Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır

Əlbir olub 200 min rüşvət alıblar - Vəzifəli şəxslərin məhkəməsi başlayır

İran-Azərbaycan sərhədində silahlı insident

"Fayda" LOQOS Qadın Uzunömürlülük Rezidensiyasını ziyarət etdi

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Hər gün alma yemək orqanizmə necə təsir edir?

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

"Balland" brendinin yaradıcısı ölkə başçısı tərəfindən təltif edildi

Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib

Probasiya nəzarətində olan şəxslərin cəmiyyətə reinteqrasiyası ilə bağlı seminar keçirilib

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Gündəlik kreditlərlə bağlı yeni tələblər qoyulur

Uşaqlarda aşkarlanan rotavirus nədir?

Hakerlər 2,5 milyard dollardan çox pul oğurlayıblar

"Rusiya ballistik raketlərlə hücuma hazırlaşır" - Zelenski

"Air France" Ər-Riyada reysləri dayandırdı

Malidə qədim Mars meteoriti aşkar edildi

BÜTÜN XƏBƏRLƏR