Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Gazette.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.

İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.

A. Mərdanov 24.04.1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"-də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub. "SOCAR"-da idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Tərəqqi" medalına layiq görülüb. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, "İri Şəhərlərin Su Təchizatı" QSC 6 iri şəhərə - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvana xidmət göstərir. 

SON XƏBƏRLƏR

ETN ilə QHT Agentliyi qrant müsabiqəsi elan edir

Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq

Çap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?

Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək

Tələbə Elmi Cəmiyyətinə sədr seçilib

Şəkinin turizm imkanları mediatur çərçivəsində təqdim olunub

Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Layihəsi təqdim olunub

İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Qubada iki bələdiyyənin adı dəyişdirildi

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunmuş ilk beynəlxalq forum keçirilir

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir

Leyla Əliyeva Əminə Ərdoğanla bir arada

BÜTÜN XƏBƏRLƏR