Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15,543 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 491 min ton və ya 3,1 faiz azalıb.

Ötən ilin yanvar-iyul aylarında ölkədə xam neft hasilatı 16,034 milyon ton təşkil edib.

Hesabat dövründə 15,504 milyon ton əmtəəlik xam neft hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 492,8 min ton və ya 3,1 faiz azdır.

Ötən ilin yanvar-iyul aylarında ölkədə 15,997 milyon ton əmtəəlik xam neft hasil olunub.

Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 23,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən eyni səviyyədə qalıb.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4,882 milyard ABŞ dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 386,7 milyon ABŞ dolları və ya 7,3% azalıb, həcmi isə 18,019 milyon ton və ya 0,1% artıb.

Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı təchizatçı mövqeyini daha da möhkəmləndirir. Bir sözlə, Azərbaycanın təbii qaz ixracının coğrafiyası da genişlənməkdə davam edir.

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bildirib ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir.

"Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir.

Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır", – deyə dövlət başçısı vurğulayıb.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib ki, ötən il Avropa İttifaqına boru kəməri idxal olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən olunur.

“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına çıxarır”, – deyə nazir bildirib.

P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.

“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib”, – deyə o əlavə edib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR