Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində ciddi artım qeydə alınıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 8,54 ABŞ dolları və ya 8,5 faiz bahalaşaraq 109,10 ABŞ dollarına yüksəlib.

Əvvəlki ticarət sessiyasında "Azeri Light" markalı neftin bir bareli 100,56 ABŞ dolları səviyyəsində satılıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində "Azeri Light" markalı neftin orta ixrac qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırkı qiymət büdcədə əsas götürülən göstəricidən 44,1 dollar və ya təxminən 68 faiz yüksəkdir.

Bu artım dünya enerji bazarlarında qiymətlərin yüksəlməsi fonunda Azərbaycanın əsas ixrac məhsulunun dəyərinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR