Bakı Metropolitenində daha 6 müasir ventilyator quraşdırılıb

Bakı Metropolitenində sərnişinlərin rahatlığının və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində cari il ərzində stansiya və tunellərdə daha 6 müasir tipli güclü ventilyator quraşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, yeni avadanlıqlar “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında, eləcə də “Əhmədli–Həzi Aslanov”, “Koroğlu–Qara Qarayev”, “Qara Qarayev–Neftçilər”, “Neftçilər–Xalqlar dostluğu” və “Xalqlar dostluğu–Əhmədli” tunel sahələrində istismara verilib.

Qeyd olunub ki, Bakının iqlim xüsusiyyətləri və metropolitenin geoloji şəraiti nəzərə alınmaqla istehsal edilən yeni ventilyatorlar əvvəlki nəsil avadanlıqlarla müqayisədə stansiya və tunelləri 2-3 dəfə daha çox təmiz hava ilə təmin edir. Bununla yanaşı, onlar texniki xidmət xərclərinin və elektrik enerjisi sərfiyyatının azaldılmasına da imkan yaradır. Ventilyatorlar dispetçer tərəfindən təsdiq olunmuş qrafik əsasında mərkəzləşdirilmiş qaydada idarə edilir.

Məlumata görə, aparılan monitorinqlər yeni ventilyatorların stansiyalarda temperaturun aşağı salınmasına və təmiz hava dövriyyəsinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini göstərir.

Bildirilib ki, 2026-cı ilin ötən dövründə havalandırma şaxtalarında 358 səsboğucu yenisi ilə əvəz olunub. Həmçinin bəzi şaxtalarda təbii havalandırmanın təmin edilməsi məqsədilə dempfer sistemi quraşdırılıb. Növbəti mərhələdə daha 5 ventilyatorun, 5 dempferin və 354 səsboğucunun yenilənməsi planlaşdırılır.

Hazırda Bakı metropoliteninin stansiya və tunellərində ümumilikdə 123 ventilyator fəaliyyət göstərir. Onlardan 113-ü artıq yenilənib, qalan 10 ventilyatorun isə mərhələli şəkildə müasir analoqları ilə əvəz olunması nəzərdə tutulur.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə metropolitendə yenilənmə və modernləşdirmə işləri ardıcıl şəkildə davam etdirilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR