Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) arasında görüş keçirilib.

“Azərbaycanda gömrük sahəsində modernləşmə: cari prioritetlər, biznesin hazırlığı və beynəlxalq təcrübə”  mövzusunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov çıxış edərək  gömrük-biznes əməkdaşlığı çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, biznes nümayəndələri üçün şəffaf fəaliyyət mühitinin formalaşdırılmasının, xidmətlərin əlçatanlığının təmin edilməsinin gömrük xidmətinin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların sadələşdirilməsi, rəqəmsal həllərin, süni intellektin tətbiqinin genişləndirilməsi istiqamətində innovativ layihələr tətbiq olunur və həyata keçirilən bütün bu layihələrin məqsədi məhz biznes nümayəndələrinə daha rahat və münbit şəraitin yaradılmasıdır.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının AHK Azərbaycanın İdarə heyətinin sədri Emin İlyas, AHK Azərbaycanın İdarə Heyətinin sədr müavini Günel Sədiyeva da tədbirdə çıxış edərək bu kimi görüşlərin gömrük-biznes əməkdaşlığının, qarşılıqlı etimadın daha da gücləndirilməsinə şərait yaratdığını bildiriblər.

Daha sonra “Gömrük işi sahəsində yeniliklər və onların biznes üçün praktiki əhəmiyyəti” və “Ticarətin asanlaşdırılması vasitəsi kimi gömrük qanunvericiliyinə və tələblərinə riayət edilməsi: qanunvericilik və təcrübə” mövzularında təqdimatlar nümayiş etdirilib.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsi sədrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirədə biznes nümayəndələrini maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, onları sualları ətraflı cavablandırılıb.

SON XƏBƏRLƏR

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

BÜTÜN XƏBƏRLƏR