Bakıda ən ucuz torpaq bu ərazidədir - QİYMƏTLƏR

Bakıda daşınmaz əmlak bazarında qiymətlər artmaqda davam etsə də, rayonlar arasında fərqlər hələ də qalır.

Şəhərin mərkəzinə yaxınlıq, nəqliyyat imkanları, sosial infrastruktur və tikinti intensivliyi daşınmaz əmlakın dəyərini müəyyənləşdirən əsas amillər kimi çıxış edir. Bu isə paytaxtın müxtəlif rayonlarında torpaq, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlərin fərqli səviyyədə formalaşmasına səbəb olur.

Gazette.az “metbuat.az”a istinadla xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 2026-cı ilin iyun ayı üzrə açıqladığı göstəricilər də bu tendensiyanı təsdiqləyir.

Məlumata görə, torpaq sahələri üzrə ən yüksək göstərici Sabunçu rayonunda – 3,7% təşkil edib. 

Sonrakı yerlərdə Suraxanı (3,5%), Binəqədi (3,3%), Xəzər (3,2%) və Qaradağ (3,0%) qərarlaşıb.Mərkəzi rayonlardan Nərimanov (2,7%), Yasamal (2,6%), Nəsimi (2,6%) və Nizami (2,6%) üzrə göstəricilər orta səviyyədə olub. Ən aşağı göstərici isə Pirallahı rayonunda – 2,3% qeydə alınıb.Qeyri-yaşayış obyektləri üzrə ən yüksək göstərici Səbail rayonunda – 2,6% olub.

Nəsimi (2,5%), Yasamal (2,4%) və Nərimanov (2,3%) rayonları da yüksək göstəricilər sırasındadır.Ən aşağı göstəricilər isə Pirallahı (1,3%), Qaradağ (1,5%) və Xəzər (1,5%) rayonlarında qeydə alınıb.Fərdi yaşayış evləri bazarında isə Xəzər rayonu 2,5%-lə ilk yerdə qərarlaşıb. Onu Sabunçu (2,3%), Binəqədi (2,2%) və Suraxanı (2,2%) izləyir.

Ən aşağı göstəricilər Səbail və Nəsimi rayonlarında (1,5%) müşahidə olunub. Nərimanov, Xətai və Nizami rayonlarında isə bu göstərici 1,7%, Yasamal və Pirallahıda 1,6% təşkil edib.

SON XƏBƏRLƏR

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

BÜTÜN XƏBƏRLƏR