Abşeronda yeni zibil poliqonu tikiləcək

"Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır".

Bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı qrant layihə çərçivəsində tullantıların idarə edilməsi sahəsində işlər görülür:

"Layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində addımlar atılacaq. Abşeron Tullantı Hövzəsi üzrə Abşeronda bir poliqon və Xızı, Şamaxı ərazilərində dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır. Layihənin digər mərhələlərində isə əlavə ötürücü məntəqələrin tikintisi də nəzərdə tutulur.

Bu istiqamətdə əsas məqsədlərdən biri beynəlxalq təcrübənin tətbiqi və müasir standartların poliqon tikintisində istifadə edilməsidir. Biz bu layihələr üzərində məsuliyyətlə çalışırıq və düşünürük ki, növbəti mərhələlərdə regionlarda poliqonların və transfer mərkəzlərinin tikintisi ilə artan əhalini nəzərə alaraq Abşeron ərazisində məişət tullantıları tənzimlənəcək və irəliləyiş əldə edəcəyik".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR