Azərbaycan genişzolaqlı internetin sürətinə görə 5 pillə irəliləyib

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın yanvar ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində artaraq orta hesabla 89.88 Mbit/s-ə çatıb. Bu, illik sürətin 34% artımı deməkdir. Qeyd edim ki, ötən ilin yanvar ayında bu göstərici 66.83 Mbit/s idi. Eyni dövr üzrə Bakı şəhərinin göstəricilərinə nəzər salsaq, 32% artımla 67.54 Mbit/s-dən 89.29 Mbit/s-ə yüksəldiyini görmüş oluruq.

Bu fikirləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O bildirib ki, Bakı ilə regionların ortalamasının eyni olması birmənalı olaraq “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən 1 il bundan qabaq yekunlaşmış “Online Azərbaycan” layihəsinin nəticəsidir. Qurulan infrastruktur 10G, 20G və 50G PON kimi texnologiyaların tətbiqini təmin edir. Başqa sözlə desək “limit is the sky” yəni limitsiz imkanlar təmin edir.

Bunlar öz yerində amma bu dinamikanın “doymuşluq həddinə” çatdığını görürük. Əgər provayderlər dəyişikliklər etməsələr artım dinamikasında dəyişiklik gözləmək yumşaq desək mənazıs olacaq. Müsahibələrimdə və görüşlərimdə bildirdiyim mövzuları buradan müxtəsər formada təqdim edirəm:

“İKTA internet provayderlərinin sürət göstəricilərini dərc etdiyi hesabatda cəmi 5 provayderin 90 Mbit/s-dən yuxarı sürət verdiyini müşahidə edirik. Köhnəlmiş infrastrukturlarını yeniləməyən provayderlər təkcə istehlakçıya yetərsiz xidmət təqdim etmir həm də ölənin beynəlxaq imicini zərbə altında qoyur. Provayderlər istehlakçılara sürət paketlərinin təqdim edilməsi yanaşmasını dəyişməlidirlər. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Yüksəksürətli internet paketləri daha əlçatan olması üçün provayderlər müvafiq paketlər üzrə tarif strukturuna yenidən baxmalı, qiymət və sürət balansını şəbəkənin davamlı inkişafını təmin edəcək şəkildə optimallaşdırmalıdırlar”, deyə E.Abbasov qeyd edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR