
Reklam
18 Dekabr 2025, 10:10
262
Məcburi köçkünlər üçün daha 7 bina tikiləcək - 36 milyon ayrıldı
Şuşa şəhərində daha 7 yaşayış binası tikiləcək.
Ölkə.Az bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat əldə edib.
Bildirilir ki, D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri görüləcək.
Bundan əlavə, ərazinin abadlaşdırlması da planlaşdırılır.
Layihənin həyata keçirilməsi üçün təxminən 36,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





