
Reklam
12 Dekabr 2025, 13:32
220
Rusiya Federal Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsində Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Aleksey Timofeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasındakı işgüzar əməkdaşlıq münasibətlərinin perspektivləri, eləcə də sərhədkeçmə proseslərinin sürətləndirilməsi, şimal-cənub nəqliyyat dəhlizi boyunca yük axınlarının idarə olunmasına dair məsələlər müzakirə olunub, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





