“Azərpoçt” yeni poçt markasını təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək “Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyə buraxıb.
 
Markanın təqdimat mərasimi 5 dekabr tarixində Dövlət Bayraq Muzeyində AZCON Holding, “Azərpoçt” MMC, Dövlət Bayraq Muzeyi və digər qurumların rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirin açılışında Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb.
 
Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Bayraq muzeyi ve eksponatlar haqqında ətraflı məlumat verib.
 
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev öz nitqində markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.
 
Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR