
Dövlət qurumlarının baş mühasibləri üçün təlim-seminar keçirilib
Abşeron rayonunun Xırdalan şəhərində dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün növbəti maarifləndirici seminar keçirilib.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” və “Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası” ictimai birliklərinin tərəfdaşlığı ilə keçirilən seminarda dövlət sektorunda mühasibat uçotunun tətbiqi, hesabatlılıq mexanizmləri, beynəlxalq standartlara uyğun idarəetmə prinsipləri və büdcə vəsaitlərindən məqsədyönlü istifadə məsələləri müzakirə edilib.
Eyni zamanda, dövlət büdcəsi xərclərinin səmərəli idarə olunması, daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi və maliyyə əməliyyatlarında risklərin azaldılması istiqamətində mövcud yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, onlara sertifikat proqramı çərçivəsində hazırlanmış metodik materiallar və peşəkar fəaliyyətlərini dəstəkləyəcək təlim vəsaitləri təqdim edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





