“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi

SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub. 

Yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:

1.    İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.
2.    QR kod “SİMA İmza” tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.
3.    Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.
4.    İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz “SİMA İmza” tətbiqinə yönləndirilir.
5.    İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya “Face ID” vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.
6.    Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.

Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək  istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir – o, “SİMA İmza” ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.

Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR