“Azəriqaz”dan bugünkü partlayışla bağlı açıqlama

Bu gün səhər saatlarında "AFEN Plaza" biznes mərkəzində baş verən partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) açıqlama yayıb. 

Gazette.az xəbər verir ki, qurumun mətbuat katibi Eldəniz Vəliyev hazırda səslənən bəzi iddiaları istintaqın gedişatına maneə kimi qiymətləndirib.

“Bütün dövlət qurumları, eyni zamanda “Azəriqaz” İstehsalat Birliyi olaraq bizim əməkdaşlar da hadisə yerində idilər. Onlar “Azəriqaz”a aid olan boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binada hələlik qazın verilişi təmin olunmayıb. Amma ətrafdan gedən boru xətlərində hansısa nasazlığın yaranması kimi hallar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ ki tezdir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanacaq məlumat olacaq”, - E.Vəliyev vurğulayıb.

Qeyd edək ki, partlayış Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev isə açıqlamasında binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olduğunu bildirib. Bunun nəticəsində binaya yeraltı qaz sızdığını iddia edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR