AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərinin Şarja Əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı və 8-ci Şarja İnvestisiya Forumunda təmsil olunub.

AZPROMO-dan bildirilib ki, tədbir İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) yaradılmasının 30-cu ildönümünü və “Firavanlıq üçün İnvestisiya Onilliyi” təşəbbüsünün rəsmi başlanğıcını qeyd edərək bir çox ölkələrdən dövlət rəsmiləri, investisiya təşviqi agentliklərinin nümayəndələri, özəl sektor təmsilçiləri və investisiya mütəxəssislərini bir araya gətirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev tədbir çərçivəsində keçirilən panel sessiyasında çıxış edib. Sessiya zamanı Azərbaycan nümunəsində AZPROMO-nun investisiyaların təşviqi qurumu kimi xarici sərmayələrin cəlb edilməsində funksiyası, investorlara münasibətdə şəffaf, əlaqələndirici və etibarlı vasitəçi kimi rolu, eləcə də ölkəmizin investisiya mühitinin üstünlükləri barədə məlumat verilib.

Sessiyada, həmçinin digər iştirakçılar tərəfindən birbaşa xarici investisiyaların təşviqində siyasət və icra mexanizmlərinin uzlaşdırılması, investor etimadının formalaşdırılması yolları, texnologiya və süni intellektin investisiya proseslərinə təsiri, eləcə də gələcəkdə rəqabət üstünlüyü qazandıracaq amillər barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, AZPROMO 2010-cu ildən WAIPA-nın üzvüdür.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR