“Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır”

“Azərbaycanın valyuta bazarında, o cümlədən nağd valyuta bazarında təklif tələbi üstələyib”.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Biz bunu hər gün izləyirik. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib. Yəni əhali daha çox xarici valyuta vəsaitlərini satıb, nəyinki alıb. Bu bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bu göstərici ilə qiymətləndirirk”, — deyə T.Kazımov konfransda bildirir.

“Bu mənim hansısa emoisional fikirim deyil, Azərbaycan Manatına inamımın arxasında rəqəmlər və faktlar dayanır. İlk növbədə tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır. Birincisi – sentyabrda dollarlaşma səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz bu rəqəmi 20-25% ətrafında idarə etməkdir və bu, normaldır. Yəni dollarlaşma səviyyəsi 20-25% ətrafına düşərsə, bu, normaldır. Dollarlaşma səviyyəsi sıfır ola bilməz.

İkincisi – nağd bazarda olan əməliyyatlara baxsaq, təklif tələbi üstələyir, bu məbləğ olaraq yüksəkdir. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib.

Üçüncü amil – ölkəmizin strateji valyuta ehtiyatları il ərzində 14,7% artaraq 81,5 milyard dollara çatıb. Bizim strateji valyuta ehtiyatlarımız geniş Manat kütləsini 3,7 dəfə üstələyir. Yəni, manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır.

Dördücü amil – proqnozlarımıza görə cari əməliyyatlar balansı 2025-ci ilin və 2026-cı ilin sonlarında profistli olacaqdır. Yəni, bu tək mənim fikirim deyil, rəqəmlər və faktlardır.

Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) manatla istiqrazlar buraxılışı da bunu göstərir ki, onlar da Azərbaycan iqtisadiyyatına, Manata inanırlar və Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasətini dəstəkləyirlər” – Mərkəzi Bankın sədri qeyd edib. (banker)

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR