Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu

Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru xanım Le Nguyen Thien Ngan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub. 

İİTKM-in  icraçı direktorunun müavini Ayaz Museyibov Vyetnamın regionda həyata keçirdiyi uğurlu iqtisadi siyasət və Azərbaycan iqtisadiyyatının dinamik inkişafını nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş hədəflər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması istiqamətində görülən işlər barədə qonağa məlumat verib.

Ayaz Museyibov dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış rəqəmsal platformalar — www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında danışaraq bu sistemlərə süni intellektin inteqrasiyası və irihəcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, xüsusilə qeyd edib ki, Mərkəzin dövlət proqramlarının monitorinq və qiymətləndirmə mexanizmi unikal xarakter daşıyır və ABŞ, Birləşmiş Krallıq və BƏƏ-də yerləşən beynəlxalq media qurumları tərəfindən 2025-ci il ərzində yeddi beynəlxalq mükafatla təltif olunub.

Ayaz Museyibov əlavə edib ki, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində qazandığı nailiyyətlər Orta Asiya dövlətlərinin xüsusi marağına səbəb olub və bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə aktiv işlər aparılır.

Le Nguyen Thien Nga təqdimatla çıxış edərək “Siyasətdən həyata” milli təşəbbüsünün layihə rəhbəri olduğunu bildirib. O, İİTKM ilə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edərək süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, birgə seminarların təşkili, hesabatların hazırlanması və ortaq tədqiqat layihələrinin inkişafı sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanın dövlət proqram idarəetməsi, o cümlədən monitorinq və qiymətləndirmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin başlanması istiqamətində əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. Bununla yanaşı, qarşılıqlı investisiya qoyuluşu, iqtisadi əlaqələrin gücləndirilməsi, turizm imkanları, ortaq tədqiqatların aparılması və tədbirlərin keçirilməsi istiqamətində müvafiq rəsmi kanallar üzərindən əməkdaşlığı davam etdirmək barədə fikir mübadiləsi aparılıb. Görüşdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov və İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli də iştirak ediblər.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR