Gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Bakı şəhərində Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin iştirakı ilə keçirilən tədbir çərçivəsində üç ölkənin müvafiq qurumlarının nümayəndələri arasında görüşlər təşkil olunub.

Gömrük xidmətlərinin nümayəndə heyətlərinin işçi görüşündə tranzit yük daşımalarının artırılmasına birgə səy göstərilməsi məqsədilə gömrük orqanlarının əməkdaşlığının gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə Azərbaycan-Rusiya və Azərbaycan-İran dövlət sərhədlərindəki buraxılış məntəqələrində mövcud vəziyyət, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yük axınlarının səmərəli şəkildə idarə edilməsi, məlumat mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüş çərçivəsində “Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikası arasında tranzit yük daşımalarının artırılmasına birgə səy göstərilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrup haqqında” Əsasnamə və görüşün protokolu imzalanıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR