
Reklam
09 Oktyabr 2025, 18:23
181
Naxçıvanda vergi ödəyicilərinin sayı 8,1 faiz artıb
Cari il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyatda olan 53 min 139 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,2 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1701 vahid olub.
Bu ilin yanvar-sentyabr aylarında kommersiya qurumlarının 87,1 faizi elektron, 12,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





