Azərbaycanda tarixi hadisə: - ITMF və ATA-nın birgə seminari ilk dəfə Bakıda

Azərbaycan Tekstil Assosiasiyası (ATA) qlobal tekstil sektorunun ən nüfuzlu qurumlarından biri olan Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) ilə əməkdaşlıq çərçivəsində, AZPROMO-nun tərəfdaşlığı, eləcə də GiLTEX və Prime Cotton şirkətlərinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə yüksək səviyyəli seminar təşkil edir. Bu seminarın ITMF-nin 120 ildən artıq təcrübəsində Azərbaycanda keçirilən ilk tədbir olması ilə yanaşı, ölkəmizin tekstil sənayesinin beynəlxalq arenaya inteqrasiyasında da mühüm rol oynayacaq.

Seminar 7 oktyabr 2025-ci il tarixində Hyatt Regency Hotel-də baş tutacaq. Tədbirdə qanunvericilik islahatları, dayanıqlılıq, məhsul izləniləbilənliyi və ixrac imkanlarının genişləndirilməsi kimi strateji mövzular müzakirə ediləcək.

ATA-nın İcraçı direktoru Fəridə Axundova tədbirlə bağlı fikirlərini belə ifadə edir:
“ITMF-nin Azərbaycanda ilk seminarını təşkil etmək bizim üçün həm qürurverici, həm də strateji əhəmiyyət daşıyan hadisədir. Bu tədbir beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, qlobal tərəfdaşlıqların qurulması və sənayemizin gələcəyinin formalaşdırılması baxımından unikal fürsətdir.”

Seminarda ITMF-in Baş Direktoru Dr. Kristian Şindler “Qlobal Tekstil Trendləri: Qanunvericilik, İzləniləbilənlik və Dayanıqlılıq” mövzusunda çıxış edəcək. Bununla yanaşı, beynəlxalq qurumların, dövlət orqanlarının və sənaye liderlərinin iştirakı ilə strateji dialoq və əməkdaşlıq üçün unikal platforma yaradılacaq.

Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət edirik.

Qeydiyyat linki: //textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/

Tarix: 7 oktyabr 2025-ci il, saat 09:00 - 17:30
Məkan: Hyatt Regency Hotel, Bakı, Azərbaycan

SON XƏBƏRLƏR

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

BÜTÜN XƏBƏRLƏR