Coca-Colanın dəstəyi növbəti “Xəzəri Qoruyaq!” aksiyası

20 sentyabr tarixində “EcoHub” ictimai birliyinin təşkilatçılığı, Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “Carlsberg Azerbaijan”, “McDonald's”, “PwC Azərbaycan”-nın tərəfdaşlığı ilə ənənəvi olaraq keçirilən “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. 

Gazette.az xəbər verir ki, ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə baş tutan son aksiyaya müxtəlif dövlət və özəl qurumların əməkdaşları könüllü şəkildə qoşulublar.

Xəzər sahilində müşahidə olunan güclü küləyə baxmayaraq, aksiyada iştirak edən könüllülər sahilin tullantılardan təmizlənməsində fəal iştirak ediblər.

1 sentyabr tarixindən etibarən Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Şabran, Siyəzən və Sumqayıt çimərliklərini əhatə edən, 20 sentyabr tarixində Bilgəh çimərliyində yekunlaşan aksiyada 1300-dən çox könüllü 3,5 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

Aksiyanı dəstəkləyən təşkilatlar arasında isə Azərbaycan Dövlət Reklam Agentliyi, “Təmiz Şəhər” ASC, “Global Media Group”, ABŞ-nin Azərbaycandakı səfirliyi, “AmCham”, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ATGTİ, Azərbaycan Skautlar Assosiasiyası, “Yaşıl ASAN”, “ABŞ Təhsilli Azərbaycan Məzunları” ictimai birliyi, “Global Shapers Shamakhi Hub”, “Freken Bok”( Biosphere Corporation), “Smile” və Azərbaycan Jurnalistlər Şəbəkəsi var.

Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 16 ildir ki, təşkil olunur.

 

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR