Emin Ağalarov "Sea Breeze"də görülən işlər barədə açıqlama verdi

Bu gün Bakıda Sea Breeze kompleksində Landau məktəbinin yaxınlığında, kompleksin girişində yerləşən yeni satış ofisinin açılışı keçirilir.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Sea Breeze şirkətinin təsisçisi Emin Ağalarov məlumat verib. O, ofisin əsas özəlliyinin Sea Breeze-in birinci fazasının unikal maketinin təqdimatı olduğunu bildirib: “Biz ilk dəfə olaraq Sea Breeze-in 500 hektarlıq bütün birinci mərhələsinin maketini təqdim etdik. Burada kompleksin qarşıdakı 3-4 il ərzində inkişaf planları da aydın şəkildə əks olunub. Bu, müştərilərimizə, investorlarımıza və gələcək rezidentlərimizə konkret komplekslərin yerləşəcəyi yerləri, daşınmaz əmlakın hansı qiymət seqmentində təklif olunacağını, həmçinin müəyyən mənzillərdən dənizə və ya digər zonalara açılacaq mənzərəni görməyə imkan verir”.

Onun sözlərinə görə, bu cür vizuallaşdırma daşınmaz əmlak seçimində prosesi xeyli asanlaşdırır.

“Biz Sea Breeze-in inkişaf perspektivlərini maksimum şəffaf göstərməyə çalışırıq. Yeni satış ofisi bütün müştərilərimiz və tərəfdaşlarımız üçün əlverişli bir məkana çevriləcək. Hər kəsi Sea Breeze Sales Office-ə dəvət edirik ki, maket və inkişaf planları ilə tanış olsunlar”, - deyə Emin Ağalarov əlavə edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR