
Reklam
17 İyun 2022, 11:29
774
ABŞ dollarının bahalaşması qızılı ucuzlaşdırıb
ABŞ dollarının digər valyutalara qarşı bahalşması dünya bazarlarında qızılın qiymətinin düşməsinə səbəb olub.
Gazette.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,19 %, yaxud 3,6 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 846,3 ABŞ dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,19 % düşərək 1 unsiyası 21,843 ABŞ dolları təşkil edib.
ABŞ dolların indeksi 0,58 % artaraq 104,24 bəndə çatıb. Bahalı dollar qızıla olan tələbi aşağı salır, bu isə onun başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





