Xoşbəxt Yusifzadə: "AÇG-dən hasil edilən mənfəət neftinin 59 %- Azərbaycanın payına düşüb"

İndiyə qədər Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 553 milyon ton neft və 194 milyard kubmetr təbii qaz hasil edilib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda AÇG-dən gündəlik 59 min neft, 40 milyon kubmetr təbii qaz hasil edilir.

SOCAR rəsmisi bildirib ki, hasilata başlanılan gündən bu günə qədər 325 milyon ton mənfəət nefti dünya bazarlarına nəql edilib ki, bu da ümumilikdə hasil edilən neftin 59 %-i təşkil edir.

SOCAR rəsmisi bildirib ki, indiyədək yataqlar blokundan hasil edilən neftin 325 milyon tonu Azərbaycanın payına düşüb. Bu da 59 % təşkil edir.   

O qeyd edib ki, bu ilin mayın 1-nə qədər AÇG-dən ixrac edilən 628 milyon neftin 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə nəql edilib.

O, həmçinin əlavə edib ki, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu günə qədər 166 milyard kubmetr təbii qaz və  36 milyon ton kondensat hasil edilib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR