"Azərkosmos" İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə Niyyət Protokolu imzalayıb.

Gazette.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, sənəd kosmik sahə üzrə qarşılıqlı fayda gətirəcək layihələrdə əməkdaşlığın təməlini qoyur.

Niyyət Protokoluna əsasən "Azərkosmos" “GTD Ingenieria de Sistemas” şirkəti ilə birgə ölkədə kosmik sahə üzrə analitika və həllər, peyk sistemlərinin inkişafı, təhsil proqramları çərçivəsində bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.

Sənəddə Azərbaycanda kosmik sahə ilə bağlı tədqiqat və inkişaf fəaliyyətlərinin dəstəklənməsi, həmçinin peyk sistemlərinin mühəndis həllərinə dair texnologiya transferinin təmin olunması məsələləri əksini tapıb. İkitərəfli razılaşmada hazırda kosmik sahənin prioritet istiqamətlərindən biri olan Yer səthinin məsafədən müşahidəsi və geoməkan məlumatlarının idarə olunması sahəsində ən müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyət kəsb etdiyi də vurğulanıb.

“GTD Ingenieria de Sistemas” 30 ildən çox fəaliyyət göstərən yüksək texnologiya şirkətidir. Şirkət kosmos, aerokosmik və enerji sənayesində, o cümlədən elm və tədqiqat əsaslı layihələrdə, infrastruktur layihələrində mühəndis və texniki həllərin təmin olunması üzrə ixtisaslaşıb.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR